Bakı, TurkicWorld
Amerikalı milyarder İlon Mask ABŞ-nin vitse-prezidenti Kamala Harrisi sərt tənqid edib.
TurkicWorld xəbər verir ki, bu barədə İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Milyarder Harrisin 2023-cü ilin sentyabrında verdiyi açıqlamanı şərh edərkən vurğulayıb ki, vitse-prezidentin fəlsəfəsi bütün bəşəriyyətin yox olmasını nəzərdə tutur.
"Onun fəlsəfəsinin təbii davamı bütün bəşəriyyətin faktiki Holokostu olardı", - deyə millyarder əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Harris deyib ki, gənc nəsillər iqlim dəyişikliyindən narahatdırlar və bu, onları gələcəkləri baxımından qorxuya salır. "Bu, gələcək, qeyri-müəyyənlik qarşısında qorxudur. Bu, uşaq sahibi olmaq və ya ev əldə etmək barədə düşünməyin mənasının olub-olmaması məsələsidir", - K.Harris deyib.