Son dəqiqə

Türkiyə Fələstin Mahmud Abbas

Mahmud Abbasın Türkiyə parlamentində çıxışı gözlənilir

Bakı, TurkicWorld

Mahmud Abbasın Türkiyə parlamentində çıxışı gözlənilir

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin Ankaradakı səfiri Faed Mustafa Fələstinin dövlət agentliyi olan WAFA-ya verdiyi müsahibədə məlumat verib.

Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Fələstinin səfiri iki qardaş ölkə və xalq arasında əlaqələrin dərinliyini vurğulayıb və Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Mövzuya görə xəbərlər