Son dəqiqə

ABŞ İlon Mask

Mask Meksikada elektromobil zavodu layihəsini təxirə salıb

Bakı, TurkicWorld

Milyarder və "Tesla" şirkətinin sahibi İlon Mask Meksikanın şimalında elektromobil zavodu tikmək planlarını noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələrinə qədər dayandırdığını elan edib.

TurkicWorld bu barədə xarici mediaya istinadla xəbər verir.

Maskın jurnalistlərə bildirdiyinə görə, prezidentliyə namizəd Donald Trampın Meksikada istehsal olunan avtomobillərə böyük rüsumlar tətbiq etmək vədi onun bu zavodu tikmək və milyardlarla dollar investisiya yatırmaq planlarını tamamilə dayandıra bilər.

Meksikanın şimal-şərqindəki Santa-Katarina əyalətinin Nuevo Leon şəhərində zavodun tikintisi ilə bağlı razılaşmalar şübhə altında qalsa da, bölgəni bürüyən quraqlıq və infrastrukturun olmaması nəzərə alınmaqla, Mask yerli sakinlərin işlə təmin olunmasına çalışır. Onun bu səyləri Meksika Prezidenti Andres Manuel Lopez Obrador tərəfindən alqışlanıb. Bununla belə, Trampın Çin və Meksika mallarına 100 faizlik gömrük rüsumu tətbiq ediləcəyi vədini nəzərə alsaq, nəzərdə tutulan zavodun tikintisi potensial olaraq həyata keçməyə bilər. Mask ABŞ prezidentliyinə namizədin Meksikaya sərmayə qoymağın əhəmiyyətsiz olması barədə sözlərini xatırladıb, həmçinin Trampın seçki kampaniyasına onun tərəfindən guya hər ay 45 milyon dollar ayrılacağı barədə iddiaları təkzib edib.

Mövzuya görə xəbərlər