Son dəqiqə

Avropa İttifaqı Rusiya Mərkəzi Bank

Aİ səfirləri Rusiya aktivlərinin dondurulmasını müzakirə edəcək

Bakı, TurkicWorld

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bu gün Rusiya Mərkəzi Bankının aktivlərinin qeyri-müəyyən müddətə dondurulması barədə Avropa Komissiyasının təklifini müzakirə edəcəklər.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın Avropadakı 260 milyard avro dəyərində aktivlərinin dondurulması G7 tərəfdaşlarına onlardan əldə edilən gəlirlə 2024-cü ilin sonunadək Ukraynaya 50 milyard dollar kredit ayırmasını yüksək dərəcədə proqnozlaşdırmağa imkan verəcək.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Moskvaya məxsus təxminən 300 milyard dollarlıq aktivləri dondurub. Dondurulan vəsaitin böyük hissəsi (210 milyard dollar) Belçikadakı beynəlxalq "Euroclear" platformasında saxlanılırdı.

Mövzuya görə xəbərlər