Bakı, TurkicWorld
Avropa Yaxın Şərqdə fəal rol oynamalı, o cümlədən, Qəzza zolağında münaqişənin tənzimlənməsi üzrə təşəbbüslərdə iştirak etməlidir.
TurkicWorld xəbər verir ki, bu barədə 2025-2029-cu illər üçün yenidən Avropa Komissiyasının (AK) prezidenti vəzifəsinə namizədliyini irəli sürülən Ursula fon der Lyayenin proqramında deyilir.
"Avropa, həmçinin, bütün tərəflərin xeyrinə və regionda sabitliyə nail olmaq üçün Yaxın Şərqdə fəal rol oynamalıdır. Qəzza zolağında davam edən münaqişənin ədalətli və hərtərəfli həllinin təmin olunması üzrə bütün diplomatik təşəbbüslərdə iştirak etməyə davam etməliyik", - proqramda deyilir.
Fon der Lyayen Qəzza zolağında atəşkəsin əldə olunması və HƏMAS tərəfindən əsir götürülmüş bütün girovların azad edilməsi üzərində işləməyə çağırıb.