Son dəqiqə

İran ABŞ nüvə silahı

ABŞ İrana şübhəli nüvə fəaliyyəti ilə bağlı xəbərdarlıq edib

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Baydenin administrasiyası keçən ay İranın nüvə silahı istehsal etmək üçün istifadə edilə biləcək tədqiqat və istehsal ilə bağlı ciddi narahatlığını bildirib.

TurkicWorld -in məlumatına görə, bu barədə "Axios" portalı ABŞ və İsraildən olan məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, təxminən mart ayında ABŞ və İsrail kəşfiyyat agentlikləri iranlı alimlərin nüvə silahı hazırlamaq üçün istifadə oluna biləcək kompüter modelləşdirməsi və metallurgiya tədqiqatları ilə məşğul olduqlarına dair məlumat əldə ediblər..

"Rəsmi şəxslər bunun İranın ABŞ-də prezident seçkiləri öncəsi dövrdən nüvə silahı əldə etmək üçün istifadə etmək üçün gizli səylərinin bir hissəsi ola biləcəyindən narahatdırlar", - deyə portal qeyd edib.

Mövzuya görə xəbərlər