Bakı, TurkicWorld
Qəzzada atəşkəs olacağı təqdirdə Livanla İsrail arasında sülh mümkündür.
TurkicWorld xəbər verir ki, bunu Hizbullah baş katibi Həsən Nəsrullah bildirib. O qeyd edib ki, əks halda Hizbullah Qəzzada baş verənlərə səssiz qalmayacaq.
“HƏMAS fələstinlilər və bütün İslam müqaviməti adından danışıqlar aparır və biz onun qəbul etdiyi hər şeyi qəbul edəcəyik”, – deyə Nəsrullah qeyd edib.
Nəsrullah hesab edir ki, İsrailin artıq Livanla müharibədən danışmaması Tel-Əvivin həqiqəti anladığını göstərir.