Son dəqiqə

BMT İsrail UNRWA

İsrail BMT-nin fələstinlilərə yardım fəaliyyətini məhdudlaşdırır

Bakı,TurkicWorld

İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsi 7 oktyabr hücumlarından sonra İsrail siyasətçilərinin hədəfində olan Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa yönəlmiş üç qanun layihəsini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Xarici Əlaqələr və Müdafiə Komitəsi uzun müddətdir baş nazir Benyamin Netanyahu və hökumətindəki bəzi şəxslərin hədəfində olan UNRWA-nın fəaliyyətini məhdudlaşdırmağa cəhd edib.

Komitədə təsdiqlənən ilk qanun layihəsi UNRWA-nın İsrail ərazisində fəaliyyətini qadağan etmək və Agentliyin işğal olunmuş Şərqi Qüdsdə mövcudluğunu effektiv şəkildə aradan qaldırmaq məqsədi daşıyır.

İkinci qanun layihəsi UNRWA-nı terror təşkilatı elan edəcək və İsrailin Agentlikləri münasibətləri kəsəcək.

Üçüncü qanun layihəsi UNRWA işçilərinin İsraildəki BMT əməkdaşlarına verilən əmlak vergilərindən azad olmaq kimi qanuni toxunulmazlıq və imtiyazlardan yararlanmasına mane olacaq.

İsrail hökuməti oktyabrın 7-dən bu yana UNRWA-nın sahədəki fəaliyyətini məhdudlaşdırmağa çalışarkən, ordu Qəzzada BMT ilə koordinasiyada işləyən humanitar yardım təşkilatlarına dəfələrlə hücum edib və çoxlu sayda humanitar yardım işçisini öldürüb.

Mövzuya görə xəbərlər