Bakı, TurkicWorld
ABŞ prezidenti Co Bayden Vaşinqtonda NATO sammitində Ukrayna prezidenti Vladimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər imzalayan digər ölkələrin liderləri ilə kollektiv görüş keçirəcək.
TurkicWorld-in məlumatına görə, bu barədə xüsusi onlayn brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
"Sammit çərçivəsində prezident Bayden prezident Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan təxminən 20 müttəfiqimiz və tərəfdaşımızla tədbir keçirəcək", - deyə o qeyd edib.