ABŞ Ukrayna Kiyev Donald Tramp Vaşinqton Rusiya Ukrayna müharibəsi

Konqresdə Trampı Ukraynanı daha fəal müdafiə etməyə çağırdılar

BAKI,TurkicWorld

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon ABŞ prezidenti Donald Tramp administrasiyasını "mənəvi aydınlıq" nümayiş etdirməyə və Ukraynanı daha fəal şəkildə müdafiə etməyə çağırıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"İstərdim ki, prezident demokratiyaya can atan, bizim müttəfiqimiz olmaq istəyən, azad və suveren bir ölkə olan Ukraynanın daha fəal müdafiəçisi olsun və Putinin kim olduğunu daha qəti şəkildə dərk etsin", – deyə Bekon bildirib.

Eyni zamanda o ABŞ prezidenti və komandası tərəfindən belə bir "mənəvi aydınlıq" görmədiyini vurğulayıb.

Mövzuya görə xəbərlər