Son dəqiqə

BMT

BMT-nin keçmiş baş katibi daimi üzvləri tənqid edib

Bakı,TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş Baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını tənqid edib.

TurkicWorld xəbər verir ki, Mun daimi üzvləri tənqid edərək, Şuranın ən əsas funksiyasını yerinə yetirə bilmədiyini deyib.

“Şura bugünkü münaqişələrdə dalana dirənib. Daimi üzvlər 1945-ci ildə onlara verilmiş veto hüququndan sui-istifadə edirlər. Sistem korrupsionerdir, köhnəlmişdir, təmsilçi gücündən məhrumdur. Sülh və təhlükəsizliyi qorumaq və günahsız insanların həyatını qorumaq kimi ən əsas funksiyasını yerinə yetirə bilmir”,- deyə o bidlirib.

Sessiyada “2023 Uşaq və Silahlı Münaqişə Hesabatı” dərc olunub. Məlumata görə, 9-17 yaş arası 800-dən çox uşaq terror təşkilatı PKK/YPG tərəfindən saxlanılıb. Bundan əlavə, 231 uşaq təşkilata qoşulmağa məcbur edilib.

Birləşmiş Millətlər Təşkilatı qeyd edib ki, silahlı münaqişə və zorakılıq uşaqlara böyük ziyan vurur. Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə uşaqlara qarşı pozuntuların 1,55 dəfə artdığı bildirilib.

Mövzuya görə xəbərlər