Son dəqiqə

ABŞ Rusiya

ABŞ-dəki Rusiya viza mərkəzinin hər iki filialı bağlanır

Bakı.TurkicWorld :

Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dəki hər iki filialını bağlayır.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

O qeyd edib ki, ABŞ administrasiyası rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir.

"Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür. Biz soydaşlarımızı tərk etməyəcəyik", - səfir əlavə edib.

Mövzuya görə xəbərlər