Son dəqiqə

Rusiya qəza

Rusiyada helikopter qəzaya uğrayıb: pilot və 3 sərnişin ölüb

Bakı. TurkicWorld :

Rusiyanın Amur bölgəsində "Robinson R-66" helikopteri qəzaya uğrayıb.

TurkicWorld bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, səhər saatlarında helikopter havaya qalxsa da, lakin təyin olunmuş nöqtəyə çatmayıb. Helikopterin göyərtəsində pilot və üç sərnişin olub. Hadisə nəticəsində 4 nəfər ölüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.