Son dəqiqə

NATO Rumıniya

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Bakı. TurkicWorld:

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini Niderlandın Baş naziri Mark Rüttenin xeyrinə geri götürüb.

TurkicWorld xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Şurasının bəyanatda deyilir.

“Prezident Klaus İohannis şura üzvlərini NATO-nun baş katibi postuna Niderlandın Baş naziri Mark Rüttenin namizədliyi ilə bağlı fikir bildirməyə və onu dəstəkləməklə bağlı qərar verməyə çağırıb”, - deyə bəyanatda bildirilir.

Bir müddət öncə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-nin da NATO-nun növbəti baş katibi postunda Mark Rütteni görmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək Şimali Atlantika Alyansının baş katibi postunda qalacaq. Bu qərar NATO-nun 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində təsdiqlənib. KİV bunun səbəbini namizədin müəyyənləşdirilməsi ilə bağlı çətinliklə izah edib. Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu əsasında təyin olunur.

Mövzuya görə xəbərlər