Son dəqiqə

NATO Avstraliya Vaşinqton

Avstraliyanın baş naziri NATO sammitində iştirakdan imtina edib

Bakı. TurkicWorld :

Avstraliyanın baş naziri Entoni Albaneze NATO-nun Vaşinqtondakı sammitində iştirakdan imtina edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sammitdə Avstraliyanı baş nazirin müavini, müdafiə naziri Riçard Marlz təmsil edəcək. Baş nazirin isə daxili məsələlərə fokuslanmağı planlaşdırdığı qeyd olunub.

Bəzi müşahidəçilər Albanezenin qərarını qınayıblar. Onların fikrincə, dünyada və regionda təhlükəsizliklə əlaqədar problemləri nəzərə aldıqda baş nazirin NATO sammitində iştirakı vacibdir.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Asiya-Sakit Okean regionu ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu və bunların arasında Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanın yer aldığını bildirib.

Mövzuya görə xəbərlər