Bakı. TurkicWorld .:
May ayında qlobal vəba xəstəliyinə yoluxma nisbəti 58% artıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, may ayında 19 ölkədən 46 424 vəbaya yoluxma faktı qeydə alınıb. Aprel ayı ilə müqayisədə may ayında xəstəliyə 58% daha çox yoluxma halı aşkar edilib.
Qeyd edilir ki, Şərqi Aralıq dənizində xüsusilə yüksək yoluxma halı müşahidə olunub. Əfqanıstan və Pakistanda 13 mindən çox yeni hadisə qeydə alınıb. 2023-cü ilin yanvarında ÜST qlobal vəba vəziyyətini "üçüncü dərəcəli fövqəladə vəziyyət" kimi təsvir edib.