Son dəqiqə

Şarl Mişel Belçika

Şarl Mişel Belçikanın xarici və Avropa işləri naziri ola bilər - KİV

Bakı.TurkicWorld :

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hazırkı vəzifəsində səlahiyyət müddəti başa çatdıqdan sonra Belçikanın xarici və Avropa işləri naziri ola bilər.

TurkicWorld xəbər verir ki, bu barədə "Politico" nəşri adı çəkilməyən iki Belçika məmuruna istinadən məlumat yayıb.

Onların fikrincə, Mişelin Belçikanın xarici işlər naziri vəzifəsinə təyin olunması onun ölkənin baş naziri və Aİ Şurasının prezidenti kimi təcrübəsi nəzərə alındıqda, məntiqlidir. Bundan başqa, Şarl Mişelin mənsub olduğu "İslahat Hərəkatı" partiyası Belçikanın fransızdilli hissəsində keçirilən seçkilərdə yüksək nəticələr göstərib. Bunun sayəsində Şarl Mişel Belçika hökumətində bir neçə vəzifəyə, o cümlədən, xarici və Avropa işləri naziri portfelinə müraciət edə bilər.

Qeyd edək ki, Şarl Mişel 2019-cu il dekabrın 1-dən Aİ Şurasının prezidenti vəzifəsini icra edir. Onun bu vəzifədə ikinci müddəti bitmək üzrədir və Aİ-nin qaydalarına əsasən, Mişelin yenidən bu posta seçilməsi mümkün deyil. Şarl Mişel 2014-2019-cu illərdə Belçika hökumətinə rəhbərlik edib, 2011-2019-cu illərdə isə liberal "İslahat Hərəkatı" partiyasının lideri olub.

Mövzuya görə xəbərlər