Son dəqiqə

Rusiya Gürcüstan Vladimir Putin Dmitri Peskov

Peskov Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi ilə bağlı açıqlama verib

Bakı.TurkicWorld :

Rusiya qurumları "Gürcüstan Sülh Naminə Həmrəylik" partiyasının Rusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov viza rejiminin ləğvi ilə bağlı bu müraciəti görmədiyini qeyd edib.

"Əgər bu olubsa, biz bunu görəcəyik. Və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər", - deyib.

Bundan əvvəl Sülh Naminə Həmrəylik Partiyasının nümayəndələri Putinə müraciət edərək, Gürcüstan vətəndaşları üçün viza rejiminin tamamilə ləğvi, habelə viza rejimi tətbiq olunana qədər Rusiyada qalma qaydalarını pozmağa məcbur olan şəxslərə amnistiya elan edilməsi xahişi ilə müraciət etmişdilər. Bundan əlavə, gürcü siyasətçiləri Rusiya Federasiyasında respublika vətəndaşlarının məşğulluq qaydalarının yüngülləşdirilməsini xahiş ediblər.

Mövzuya görə xəbərlər