Son dəqiqə

İsrail Qəzza

İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları dayandırıb

Bakı. TurkicWorld:

İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktiki fasilə verildiyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "АВС" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsində fasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədər növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.

Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yük maşınlarının "Kerem-Şalom" keçid məntəqəsindən keçməsini təmin etməkdir.

Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardım agentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.

Mövzuya görə xəbərlər