Son dəqiqə

İsrail Qəzza

İsrail Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər dayanmayacaq - Yaron Finkelman

Bakı. TurkicWorld:

İsrail Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər dayanmayacaq.

TurkicWorld İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun cənub qərargahının rəisi, general-mayor Yaron Finkelman Qəzza zolağının cənubunda Rəfahda İsrail ordusunun hərbçilərinə baş çəkərkən deyib.

"Gələcək planımız aydındır. Qüvvələrin və komandirlərin keyfiyyətini nəzərə alaraq, hədəflərimizə nail olanadək irəliyə doğru hərəkət edəcəyik", - o deyib.

Qeyd olunub ki, Finkelman general İtsik Kohenin briqadasının 162-ci diviziyasının komandiri və Qəzza zolağının cənubunda hərbi əməliyyatlar keçirən briqadaların komandirləri ilə qiymətləndirmələr aparıb.

Mövzuya görə xəbərlər