Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Ermənistanda etirazçıların çadır düşərgəsi yığışdırılıb

Bakı. TurkicWorld:

Ermənistanda etiraz aksiyasının iştirakçıları parlament binasının qarşısındakı çadır düşərgəsini yığışdırıblar.

TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, dünən axşam Ermənistanda müxalifətin etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan çadırlara ehtiyac olmadığını bildirib.

Bundan başqa, Qalstanyan etiraz hərəkatını yenidən təşkil edərək daha irimiqyaslı etməyə ehtiyac olduğunu deyib.

Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat "Vətən naminə Tavuş" adını alıb, etiraz iştirakçıları arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb. Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment proseduruna başladığını bildirib.

Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və yaxın aylarda bu problemi həll edəcəyini bildirib.

Mövzuya görə xəbərlər