Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Erməni xalqı hökuməti dəyişmək istəsə bunu edəcək - Paşinyan

Bakı. TurkicWorld:

Ermənistan xalqı hökuməti dəyişmək istəsə bunu edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.

"Görünür, müxalifət özü hökumətin istefası ilə bağlı çağırışın müzakirəsində iştirak etməyib", - o deyib.

Paşinyan Ermənistan parlamentinin binasında toplaşan çoxsaylı polis qüvvələri ilə bağlı açıqlamasında isə bunun dövlət binalarının, eləcə də dinc toplantıların sakinlərinin hüquqlarının qorunması üçün adi prosedur olduğunu deyib.

Qeyd edək ki, bugün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın iştirakı ilə "Hökumət saatı" keçiriləcək.

Eyni zamanda Ermənistanda müxalifətin etirazlara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) öz tərəfdarlarını 12 iyun saat 15:00-da parlament binasının qarşısında etiraz aksiyasına çağırıb.

Mövzuya görə xəbərlər