Son dəqiqə

İran

İran prezidentini aparan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb

Bakı. TurkicWorld:

İran prezidenti və onu müşayət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

TurkicWorld-un məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, helikopter qəzaya uğradıqdan dərhal sonra İran Silahlı Qüvvələrinin ədliyyə idarəsi tərəfindən heyət bu işə cəlb olunub.

Cahangir bildirib ki, hazırda faktlar və yekun hesabatlar toplanmaqdadır. Təhqiqatın başa çatması və Məhkəmə Sisteminə təhvil verilməsi ilə məsələ bütün cəhətlərdən araşdırılacaq və qanuni vaxtda nəticəsi elan olunacaq.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər