Son dəqiqə

Ermənistan İrəvan

Keşiş Baqratın tərəfdarları İrəvanda Baqramyan prospektini bağlayıb

Bakı. TurkicWorld:

İrəvanda keşiş Baqrat Srbazanın tərəfdarları Baqramyan prospektini bağlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Etirazlara rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) bildirib ki, etirazçılar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olan mümkün bütün variantları, o cümlədən parlamentin müxalifət fraksiyasının mandatlarından imtinasını müzakirə edir.

Mövzuya görə xəbərlər