Son dəqiqə

Fələstin Sloveniya

Sloveniya Fələstin dövlətçiliyini tanıdı

Bakı. TurkicWorld:

Sloveniya parlamenti Fələstinin müstəqilliyini tanıyıb.

TurkicWorld-ün məlumatına görə, bu barədə Sloveniyanın "RTVSLO" televiziya və radio şirkəti xəbər verib.

Məlumata əsasən, hakim koalisiyadan iştirak edən 53 deputatdan 52-si Fələstin dövlətinin müstəqilliyinin tanınmasının lehinə çıxış edib. İclasda müxalifət nümayəndələri iştirak etməyiblər.

Sloveniya BMT-nin 147-ci dövləti və Fələstini tanıyan onuncu Avropa İttifaqı ölkəsi oldu.

Səsvermədən əvvəl bir sıra prosedur məsələlərin geniş müzakirəsi aparılıb, müxalifətdən olan deputatlar prosesi ləngitməyə cəhd ediblər.

Mövzuya görə xəbərlər