Son dəqiqə

Yaponiya

Yaponiyanın yardım həcmi 2022-ci ildən bəri 7 milyard dolları keçib

Bakı. TurkicWorld:

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar yardım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib.

O bildirib ki, danışıqlar zamanı Ukrayna üçün ərazilərin minalardan təmizlənməsi, istehkamlar üçün avadanlıq və təcili yardım maşınlarının verilməsi məsələləri müzakirə olunub:

"2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox yardım edib".

Mövzuya görə xəbərlər