Son dəqiqə

Çin Yaponiya

İnsanlar üzərində diri-diri eksperiment edən yapon əsgər 70 ildən sonra etiraf etdi

Bakı. TurkicWorld:

Keçmiş yapon əsgəri, Çin-Yapon müharibəsi və İkinci Dünya Müharibəsi zamanı İmperator Ordusu tərəfindən Mançuriya xalqına tətbiq edilən bioloji və kimyəvi silahların hazırlanması ilə məşğul olan 731 saylı döyüş bölməsi haqqında şok faktlar danışıb.

TurkicWorld xəbər verir ki, Yapon İmperator Ordusu tərəfindən məxfiliyə and içmiş Hideo Shimizu 70 il sonra bədnam 731-ci bölmədə şahidi olduğu dəhşətli hadisələri təsvir edib.

93 yaşlı Şimizu 14 yaşında ikən İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın o zamankı işğalı altında olan Mancuriyanın Harbin şəhərinə kursant kimi göndərilib.

Orada o, hamilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla, müharibə əsirləri üzərində bəzi tibbi təcrrübələrin həyata keçirilməsi kimi tarixin ən pis vəhşiliklərində iştirak etmək üçün təlim görüb.

Yaponiya tarixinin ən dəhşətli müharibə cinayətlərinə imza atan bu bölmədə 3000-dən çox insan, əsasən də mülki Çin vətəndaşları və rus, ingilis və amerikalı hərbi əsirlərdən təcrübə məqsədiylə istifadə edilib.

70 ildən sonra susqunluğunu pozan Şimizu diri-diri parçalanan, vəba xəstəliyinə yoluxdurulan və işgəncə laboratoriyalarında donma ilə müalicə etmək üçün istifadə edilən əsirlər haqqında bildiklərini açıqladı.

Özü və ailəsi üçün rahat həyat quran təqaüdçü memar Şimizu öz qaranlıq keçmişini dəfn etməyə çalışıb və yaşadıqlarını ən yaxın qohumlarına belə danışmayıb.

2015-ci ildə həyat yoldaşı ilə birlikdə getdiyi müharibə muzeyində köhnə həyatı ilə bağlı xatirələri canlanıb və bu bölmə haqqında bildiyi hər şeyi həyat yoldaşına danışmağa başlayıb həmçinin özünün də bioloji müharibə bölməsinin üzvü olduğunu etiraf edib.

Qeyd edək ki, 731-ci bölmə 1936-cı ildə indiki Çinin şimal-şərqindəki Harbin şəhərində bioloji müharibə, silah imkanları və insan bədəninin sərhədləri ilə bağlı araşdırmalar aparmaq üçün tikilib.

Müharibənin bitməsinə cəmi bir neçə ay qalmış, 1945-ci ilin mart ayının sonunda sınaq müddətindəki texnik olaraq qüvvəyə qoşulan Shimizu, yaxın zamanda verdiyi son müsahibəsində “Mən ordunun nə olduğu və xüsusilə nə etdiyi barədə heç nə bilmirdim” deyə danışıb.

Shimizu deyir ki, o bir zavoda göndərildiyini düşünürdü. Lakin o, 731 saylı bölmənin laboratoriyalarında işləməyə başlamaq üçün kəndindən olan beş uşaqla birlikdə Çinə gedən qatara mindirilmişdi.

O deyir ki, 1945-ci ilin iyulunda böyük bankalarla dolu nümunə otağına girmişdi. Bu banklarının içi insan bədəninin hissləri ilə dolu idi. Shimizu həmin günü hələ də kabuslarında gördüyünü söyləyir.

Ömründə ilk dəfə onda meyit gördüyünü deyən Shimizu göz yaşlarını saxlaya bilməyib, “Məni ora aparmalarının səbəbi meyitləri gördüyüm zaman necə reaksiya verəcəyimi ölçmək idi” -deyə əlavə edir.

“Məni nə etməyə məcbur edəcəklər?” haqqında fikirləşən Shimizu tezliklə insan bədəni üzərində eksperiment aparacaqlarını öyrənir.

Bu işgəncələr müharibənin başa çatması və 1945-ci ildə Yaponiyanın təslim olması ilə başa çatdı.

Yaponiyaya qayıtdıqdan sonra Şimizu qətl düşərgəsində gördükləri və eşitdikləri barədə heç vaxt danışmadı.

İllər sonra nəvələrinin fotolarını görüb gələcək nəsilin yaxşılığı üçün susqunluğunu pozmalı olduğunu anlayanda bildiyi, şahidi olduğu hər şeyi danışdı.

Mövzuya görə xəbərlər