Son dəqiqə

Qırğızıstan Sadır Japarov Yaponiya

Sadır Japarov Yaponiya XİN rəhbərini qəbul edib

Bakı,TurkicWorld:

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Yaponiyanın dövlət katibi, xarici işlər nazirinin baş müavini Kiyoto Tsujini qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı siyasi dialoqun gücləndirilməsi, parlamentlərarası əlaqələr, o cümlədən ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Sadır Japparov “Mərkəzi Asiya+Yaponiya” dialoqunun regional əməkdaşlığın daha da dərinləşməsində əsas rol oynamalı olduğunu bildirib.

Həmçinin Tsuji “Mərkəzi Asiya+Yaponiya” dialoq sammitinin keçirilməsinin iki ölkə arasında qarşılıqlı fəaliyyətə müsbət təsir edəcəyini vurğulayıb. O bildirib ki, Yaponiya tərəfi regionun davamlı inkişafını təmin etmək və qlobal problemləri həll edəcək yeni əməkdaşlıq təşəbbüsləri irəli sürmək niyyətindədir.

Sonda tərəflər “Bir kənd, bir məhsul” uğurlu birgə layihəsini də müzakirə ediblər.

Mövzuya görə xəbərlər