Son dəqiqə

Yaponiya

Yaponiyada altı bal gücündə zəlzələ baş verib

Bakı,TurkicWorld:

Yaponiyanın qərbindəki İşikava prefekturasında altı bal gücündə zəlzələ baş verib və Noto yarımadasında yerləşən Vacima şəhərində beş bina uçub.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) açıqlama yayıb.

Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələlərdə ölən olmayıb.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi bölgədə təkanların bir həftə davam edə biləcəyini açıqlayıb.

Mövzuya görə xəbərlər