Son dəqiqə

Türkiyə NATO Ukrayna Hakan Fidan İranın Xarici İşlər Nazirliyi

NATO XİN rəhbərlərinin iclası başlayıb

Bakı, TurkicWorld:

NATO ölkələrinin xarici işlər nazirlərinin Çexiyanın paytaxtı Praqada bir araya gəldiyi qeyri-rəsmi iclas başlayıb.

TurkicWorld xəbər verir ki, bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə keçirilən iclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

Məlumata əsasən, iclasın gündəliyinə hazırda həyata keçirilən müdafiə planları və onların gücləndirilməsi, Ukraynaya dəstəyin artırılması və Asiya-Sakit okean regionunda tərəfdaşlarla əlaqələrin gücləndirilməsi daxildir.

Nazirlər Alyansın gündəliyində olan çəkindirmə və müdafiə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Xüsusilə hava hücumundan müdafiə və artilleriya sursatlarının tədarükünə diqqət yetiriləcək iclasda davamlılığını təmin etmək üçün Ukraynaya verilən dəstəyi institutsionallaşdırmaq və Alyans daxilində ədalətli yük paylaşımını təmin etmək yolları axtarılacaq.

Mövzuya görə xəbərlər