Son dəqiqə

Özbəkistan Rusiya Vladimir Putin

Vladimir Putin Özbəkistana səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib ki, səfər zamanı Vladimir Putin yalnız Daşkəndə səfər edəcək.

O, həmçinin bildirib ki, ilk tədbirlər mayın 26-da başlayacaq və həmin gün axşam saatlarında iclas keçiriləcək.

Özbəkistana səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Mövzuya görə xəbərlər