Son dəqiqə

NATO Rusiya

NATO Rusiya sərhədlərinin perimetri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır - Artur Lyukmanov

Bakı. TurkicWorld:

NATO Rusiya sərhədlərinin perimetri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi şöbəsinin direktoru Artur Lyukmanov yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO Rusiya sərhədlərinin perimetri boyunca - Estoniya, Latviya, Finlandiya və Rumıniyada kiber laboratoriyalar şəbəkəsi yaradır, perspektivdə isə Gürcüstan və Moldovada kiber laboratoriyalar yaratmağı planlaşdırır.

"Vaşinqton artıq çoxdandır ki, informasiya sahəsində Rusiyaya qarşı hibrid müharibə metodları işləyib hazırlayır. Əsas poliqon olaraq Ukraynadan istifadə olunur, ölkənin hakerləri, NATO kuratorlarının güclü nəzarəti altında elektron diversiya həyata keçirir", - deyə Rusiya XİN nümayəndəsi əlavə edib.

Mövzuya görə xəbərlər