Son dəqiqə

Çin ABŞ Pentaqon

ABŞ və Çinin müdafiə nazirləri ilk dəfə görüşəcəklər

Bakı, TurkicWorld:

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda çinli həmkarı Dong Cün ilə ilk dəfə üzbəüz görüşəcək.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, Ostinin mayın 31-dən Sinqapurda keçiriləcək beynəlxalq müdafiə forumu Shangri-La Dialogue çərçivəsində Donqla üz-üzə görüşəcəyi qeyd edilib. Bu, Ostin ilə ötən ilin dekabrında bu vəzifəyə təyin edilmiş Çin naziri Donq arasında ilk üzbəüz görüş olacaq.

Ostin və Donq keçən ay ilk dəfə videokonfrans vasitəsilə görüşdülər, ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Tszinpin 2023-cü ilin noyabrında San-Fransiskoda görüş zamanı iki ölkə arasında hərbi əlaqəni bərpa etmək barədə razılığa gəldilər.

Qeyd edək ki, Austin sonuncu dəfə 2022-ci ildə Şanqri-La Dialoqu zamanı Çinin o zamankı müdafiə naziri Vey Fınqhi ilə təkbətək görüşüb. ABŞ nazirinin 2023-cü ildə Şanqri-La Dialoqunda o vaxtkı həmkarı Li Şanqfu ilə görüşmək istəyi Pekin tərəfindən rədd edilib.

Mövzuya görə xəbərlər