Son dəqiqə

Özbəkistan Rusiya Vladimir Putin Şavkat Mirziyoyev

Putin Özbəkistana rəsmi səfər edəcək

Bakı,TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mayın 26-27-də dövlət səfərində olacaq.

TurkicWorld xəbər verir ki, Səfər proqramında yüksək səviyyəli danışıqların aparılacağı gözlənilir.

Görüşdə Özbəkistan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişafı və dərinləşdirilməsi məsələləri danışılacaq. Sammitin yekunlarına dair bir sıra ikitərəfli sənədlərin qəbulu planlaşdırılır.

Qeyd edək ki, səfər ərəfəsində Daşkənddə, aparıcı mühəndis-texniki ali təhsil müəssisələrinin rektorlarının görüşü, tibbi elmi-praktik konfrans və Rusiya incəsənət həftəsi keçirilir.

Mövzuya görə xəbərlər