Son dəqiqə

Küveyt

Küveyt əmiri parlamenti buraxıb

Bakı, TurkicWorld:

Küveyt əmiri Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Sabah ölkə parlamentini buraxıb və konstitusiyanın bəzi müddəalarının fəaliyyətini müvəqqəti dayandırıb.

TurkicWorld xəbər verir ki, əmir bəzi deputatların onun səlahiyyətlərinə müdaxilə etdiyini bildirib.

“Mən demokratiyadan dövləti məhv etmək üçün istifadə olunmasına icazə verməyəcəyəm”, - deyə Əl-Sabah qeyd edib.

Mövzuya görə xəbərlər