Bakı. TurkicWorld:
Küveyt əmiri Şeyx Sabah Əl Əhməd Əl Cabir Əl Sabah Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
TurkicWorld xəbər verir ki, görüş zamanı əməkdaşlığın maksimum dərəcədə artırılmasına dair razılıq əldə olunub.
Bundan əlavə, iki ölkə arasında daşınmaz əmlak, infrastruktur, sənaye, müdafiə sənayesi, təbii fəlakətlərin idarə olunması və xarici əlaqələr sahələrində altı strateji saziş imzalanıb.