Son dəqiqə

Türkiyə Hakan Fidan

Sivilizasiyalar toqquşmasının astanasındayıq -Hakan Fidan

Bakı, TurkicWorld

Biz heç vaxt sivilizasiyaların toqquşmasına bu qədər yaxın olmamışıq, bu, insanlıq üçün ciddi bir xəbərdarlıqdır.

TurkicWorld xəbər verir ki, bu sözlərlə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Portuqaliyanın Kaşkays şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirakçılara müraciət edib.

Nazir Fidan çıxışında İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımın vəziyyəti daha da ağırlaşdırdığını vurğulayaraq, müxtəlif ölkələrdəki cəmiyyətlərin etiraz səslərinin yüksəldiyini qeyd edib.

Fidan əlavə edib ki, bu gün dünyada baş verənlər 2006-cı ildə yüksək səviyyəli qrupun hesabatında vurğulanan problemləri açıq şəkildə əks etdirir. Onun fikrincə, Yaxın Şərqdəki mövcud problemlər həll edilmədən, qlobal sülhə nail olmaq mümkün deyil.

Qəzzada baş verən humanitar böhrana toxunan Fidan, günahsız insanların, xüsusən də uşaqların qətliam edildiyini və milyonlarla insanın aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üz-üzə qaldığını vurğuladı. Bu vəziyyətin sülh üfüqlərini qapadığını bildirən Fidan ,"Sivilizasiyalar Alyansı və onun əsas dəyərlərini dəstəkləyən ölkələr Qəzzadakı humanitar fəlakətə səssiz qala bilməz. Fələstinə sülh arzulayan ölkələrin bu gün burada olması təsadüfi deyil. Təəssüf ki, atəşkəs sözünü belə tələffüz etməyənlər bu salonda iştirak etmirlər" - deyə bildirib.

Nazir, beynəlxalq hüquq və ümumbəşəri dəyərlərə hörmət etmədən dünyaya mühazirə oxuyanların bugünkü sülh forumunda yer almamasını da tənqid edərək, "Bu ittifaq yalnız Qərbdə deyil, dünyanın hər yerində, o cümlədən Fələstində sülh istəyənlər üçün bir ittifaqdır" - deyə vurğulayıb.

Mövzuya görə xəbərlər