Bakı. TurkicWorld:
Türkiyə Xarici İşlər Nazirliyi Küveytə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media platformasında bildirilib.
Paylaşımda Küveytin Mankaf bölgəsində bir binada baş verən yanğında çox sayda insanın həlak olmasının dərin hüznlə qarşılandığı qeyd edilib.
“Həyatını itirənlərin ailələrinə və Küveyt xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Küveytin Manqaf şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın 41 nəfərin həyatına son qoyub. Hadisə zamanı 15 nəfər ağır yaralanıb.
Tasnem Ismukhan