Bakı. TurkicWorld:
Küveyt əmiri Şeyx Sabah Əl Əhməd Əl Cabir Əl Sabah Ankaraya səfər edib.
TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmirini Esenboğa hava limanında rəsmi mərasimlə qarşılayıb.
Məlumata əsasən, görüş zamanı iki ölkə arasında bir sıra müqavilələrin imzalanması gözlənilir.
Qeyd edək ki, 2023-cü il dekabrın 16-da vəzifəyə başlayan əmir ərəb dünyası xaricində xaricə ilk rəsmi səfərini Türkiyəyə edib. Bu səfər yeddi ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.