Bakı. TurkicWorld :
Çərşənbə günü səhər Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada yanğın baş verib. Polis zabitinin açıqlamasına görə, hadisə nəticəsində azı 35 nəfər həlak olub.
TurkicWorld “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.
Yüksəkrütbəli polis komandiri yanğının baş verdiyi binada çoxlu sayda işçi olduğunu, onlardan bəzilərinin xilas edildiyini bildirib.
Küveytin Səhiyyə Nazirliyi hadisə nəticəsində 43 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Yanğının qarşısı alınıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.