Son dəqiqə

Braziliya yanğın

Braziliyanın San-Paul ştatı yanğına qərq olub

Bakı,TurkicWorld

Braziliyanın San-Paulu ştatının 50 min kvadratmetrdən çox ərazisi şəkər qamışı plantasiyalarında həftənin ortalarında baş verən yanğınla əhatə olunub.

TurkicWorld -in məlumatına görə, bu barədə ştatın hakimiyyəti xəbər verib.

Məlumata əsasən, yanğının söndürülməsində iştirak edən iki nəfər həlak olub.

Bildirilib ki, yanğının sürətlə yayılmasına bu ərazidə dörd aydır davam edən güclü külək və quraqlıq səbəb olub.

San-Paulo hökuməti zərər çəkənlərə kömək etmək üçün böhran qərargahı yaradıb.

Mövzuya görə xəbərlər