Son dəqiqə

BMT İsrail Küveyt Qəzza

Küveyt Qəzzaya yardım konfransına ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının agentlikləri, regional və beynəlxalq humanitar təşkilatlar bazar günü Qəzzada artan böhranın həlli yollarını araşdırmaq üçün Küveytdə bir araya gələcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) açıqlayıb.

"Qəzza xalqının beynəlxalq ictimaiyyətin humanitar reaksiyanı genişləndirmək üçün bir araya gəlməyini görməsi hər zamankindən daha çox lazımdır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 188-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Mövzuya görə xəbərlər