Son dəqiqə

Çin Macarıstan

Çin prezidenti Macarıstanın baş naziri ilə görüşüb

Bakı, TurkicWorld:

Çin prezidenti Si Cinpin Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

TurkicWorld xəbər verir ki, Çin və Macarıstan ikitərəfli münasibətlərini bütün şərtlər daxilində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.

Qərar Çin sədri Si Cinpinlə Macarıstanın baş naziri Viktor Orban arasında keçirilən görüşdə açıqlanıb.

Bundan başqa, iki ölkə arasında bağlanmış müqavilələrin imzalanma mərasimi keçirilib.

Daha sonra iki lider birgə mətbuata bəyanatla çıxış ediblər.

Qeyd edək ki, bu il Çin və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi qeyd olunur.

Mövzuya görə xəbərlər