Son dəqiqə

Fransa İsrail Si Cinpin Çin Emmanuel Makron Rəfah

Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşıdır

Bakı. TurkicWorld:

Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşıdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron birgə bəyanat yayıb.

Bəyanatda liderlər Qəzzada mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qorunmasının vacib olduğunu və belə bir əməliyyatın fələstinlilərin məcburi köçkünlüyünə və bölgədə daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını vurğulayıblar.

“Çin və Fransa beynəlxalq humanitar hüququn bütün pozuntularını, o cümlədən terror aktlarını və mülki şəxslərə qarşı ayrıseçkilik etmədən hücumları pisləyir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər