Bakı, TurkicWorld
ABŞ və Səudiyyə Ərəbistanı çoxtərəfli təhlükəsizlik paktını imzalayacaq.
TurkicWorld xəbər verir ki, imzalanacaq pakta əsasən, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək və krallığın nüvə silahına çıxışını təmin etmək üçün öz üzərinə hərbi öhdəliklər götürəcək.
Bununla yanaşı, Səudiyyə krallıqda Çin texnologiyasını məhdudlaşdıracaq və ABŞ rəhbərliyi altında mülki nüvə proqramı quracaq.
Ən əsası isə Qəzzada müharibədən sonra Səudiyyə Ərəbistanı İsraili dövlət kimi tanıyacaq.