Son dəqiqə

Ermənistan

Ermənistanda "TikTok"u məhdudlaşdırmaq təklif olunub

Bakı. TurkicWorld:

Ermənistanda "TikTok" sosial şəbəkəsinin məhdudlaşdırılması təklif olunub.

TurkicWorld xəbər verir ki, müvafiq təkliflə Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan çıxış edib.

Akopyan nümunə olaraq Avropa İttifaqı və ABŞ-ni göstərərək orada da bu cür qərarların müzakirə olunduğunu qeyd edib.

"Texniki inqilab dövlət tərəfindən məzmuna nəzarətin itməsinə gətirib çıxarıb. Bu səbəbdən ölkələr məzmunla bağlı məhdudiyyətlərə keçib, lakin Ermənistan bu baxımdan gecikir", - o deyib.

Mövzuya görə xəbərlər