Son dəqiqə

Nikol Paşinyan Vladimir Putin

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə erməni KİV yazır.

Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq, lakini mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək.

Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Mövzuya görə xəbərlər