UNRWA: İsrailin Qəzzaya hücumlarında 14 minə yaxın uşaq həlak olub

UNRWA: İsrailin Qəzzaya hücumlarında 14 minə yaxın uşaq həlak olub

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) oktyabrın 7-dən İsrailin Qəzza zolağında apardığı müharibədə 13 min 750 uşağın öldürüldüyünü təsdiqləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb.

UNRWA hesabatında qeyd edib ki, UNICEF keçən bazar ertəsi axşam Qəzzada atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsindən saatlar sonra təxminən on uşağın öldürülməsi ilə bağlı xəbərlərə istinad edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.