Bakı,TurkicWorld
Tehran və Vaşinqton arasında qarşıdurma fonunda İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bu yaxınlarda nəşr olunan kitabında Ayn əl-Əsəd bazasına hücum zamanı Qasım Süleymaninin qətlinin gizli məqamlarını açıqlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Zərif “Səbrin Dərinliyi” adlı yeni kitabında Süleymaninin qətli və bir sıra gizli məqamlara aydınlıq gətirib. Sabiq İran rəsmisi Tehranın Ayn əl-Əsəd bazasına ABŞ HHQ tərəfindən hücum təşkil edəcəyindən zəbərdar olduğunu kitabında qeyd edib.
Zərif kitabında Qasım Süleymaninin öldürülməsindən sonra İran Milli Təhlükəsizlik Şurasında baş verənləri “onun nazirliyi dövründəki ən acı təcrübə” adlandırır.
“General Süleymaninin cümə günü, yanvarın 3-də sübh çağında öldürülməsindən sonra qəbul olunan qərar o oldu ki, “qisas almaqda tələsmək olmaz” və ən təsirli üsul Livan Hizbullahının hər zaman təqib etdiyi üsuldur.Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi səhər saat 3-də Əraqçini yuxudan oyatdı və ondan İsveçrənin Amerikadakı səfiri vasitəsilə Vasingtona mesaj çatdırması istənildi.
Hadisədən sonra, İraqın sabiq baş naziri Adil Əbdül Mehdini xəbərdar etdilər. İraqın baş nazirinə məlumat vermək düzgün və məqsədəuyğun bir hərəkət idi, lakin sual doğuran odur: Nə üçün prezidentə (Ruhani) və xarici işlər nazirinə məlumat vermədilər. Həmin vaxt Reuters agentliyi Əbdül Mehdinin sözçüsünə istinadən İrandan şifahi mesaj aldığını, Süleymaninin öldürülməsinə cavabın daha sonra başlayacağını və hücumun Amerika qüvvələrinin yerini dəqiqləşdirmədən hədəf alacağını bildirmişdi. Mən baş verənlərdən xəbərsiz idim” -deyə Zərif kitabında yazır.
Qeyd edək ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanı etdiyi çıxışda Ayn əl-Əsəd bazasına hücüm öncəsi İran ilə danışıqların aparıldığını qeyd edərək, “ Tehrana bu bazara 18 raket zərbəsi endirəcəyimizi demişdik. Bizim başqa çarəmiz yoxdur” demişdi.
Lakin, İran liderinin siyasi müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Əli Şamxani Ayn əl-Əsədə hücumdan əvvəl İran-Amerika danışıqlarının olduğunu təkzib etmidi.
Şamxani fevralın 5-də çıxışı zamanı: “Ayn əl-Əsəd bazasına edilən hücum öncəsi Tehran və Vaşinqton arasında gizli danışıqların olması tamamilə yalandır.İran rəsmisinin bu bəyanatı əslində ABŞ-dan qisas alınacağına dolayı yolla işarə idi. Qeyd edək ki, İran bu günə qədər vəd etdiyi “qisası” almayıb.
Məlumat üçün bildirək ki, hazırkı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Süleymaninin öldürülməsindən sonra İran-Amerika “mesajlaşmasını” təsdiqlədi.
Abdullahiyan çıxışında “İran lideri Əli Xamneyinin Süleymaninin öldürülməsindən sonra qisas vəd etməsindən sonra, Tehran amerikadan “əlamətdar” mesajlar alıb”- deyə bildirmişdi.O, ölkəsinin Amerikadan sanksiyaların bir hissəsinin ləğvi ilə bağlı vədlər aldığını iddia etmişdi.
Lakin İran bu günə qədər Suriya cəlladı Qasim Süleymaninin öldürülmüsinə tam olaraq cavab vermədi.
Hətta bu gün də, Abdullahiya, ölkənin ən yüksək hərbi rütbəsinin öldürülməsinə cavab olaraq, Ayn əl-Əsəd hücumundan sonra ölkəsinin başqa mesajlar aldığına diqqət çəkməklə kifayətlənir.







