Litva ABŞ-dan alınmış çoxməqsədli zirehli maşınlar partiyasını alıb

Litva ABŞ-dan alınmış çoxməqsədli zirehli maşınlar partiyasını alıb

Bakı. TurkicWorld:

Litva silahlı qüvvələri üçün ABŞ-dan aldığı 35 "JLTV" (Joint Light Tactical Vehicle) çoxməqsədli zirehli maşın partiyası alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

"Bu mobil zirehli texnikaların alınması ordumuzun modernləşdirilməsinin mühüm istiqamətlərindən biridir. Belə güclənmə potensial düşmənin qarşısının alınması səviyyəsini əhəmiyyətli dərəcədə artırır", - deyə müdafiə naziri Arvidas Anuşauskas bildirib.